Cümə, 10 May

Niderland və Danimarka Rusiyaya görə "F-16"ları QALDIRDI

image

Niderland Hərbi Hava Qüvvələri (HHQ) iki Rusiya bombardmançısının ölkənin hava məkanına yaxınlaşdığını elan edib.

Xəbər verilir ki, qırıcıların qarşısını almaq üçün Niderland və Danimarka “F-16″lardan istifadə edib.

Qeyd olunub ki, Rusiya təyyarələri Şimal dənizi üzərində NATO hava məkanını pozmazdan əvvəl geri qayıdıb.

Niderland Hərbi Hava Qüvvələrinin hesabatında qeyd olunub ki, Rusiya təyyarələrinin ölkənin hava məkanına yaxınlaşması barədə məlumat daxil olduqdan sonra yerli vaxtla saat 7:19-da iki “F-16” qırıcısı havaya qaldırılıb:

“Bu, tez-tez baş vermir, lakin bugünkü hadisə qüvvələrin sürətlə yerləşdirilməsinin vacibliyini nümayiş etdirir”.

Niderland Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib ki, Rusiya təyyarələri tez-tez ölkəsinin hava məkanını pozur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32